Ukrayna prezidenti Vladimir Zelenski ölkənin yeni hökumətinin dəvəti ilə Bolqarıstana səfər edə bilər.
Qaziler.az bildirir ki, bu barədə Bolqarıstanın “24 saat” nəşri xəbər verir.
Zelenskinin səfərinin təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin onun cümə axşamı, iyulun 6-da baş tutacağı gözlənilir. Təhlükəsizlik baxımından dəqiq vaxt gizli saxlanılır.
Qeyd edək ki, Bolqarıstanda yeni parlament təyin olunub.
Bundan əvvəl parlamentin sonuncu çağırışının deputatları Ukrayna prezidentinin müraciətini dinləməkdən imtina etmişdilər.
QAZİLER.AZ