Ukrayna hərbi yardım çərçivəsində yaxın həftələrdə Almaniya və Danimarkadan Leopard 1A5 tankları alacaq.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius öz müsahibəsində bildirib.
Almaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, hazırda onun ölkəsi Ukraynaya avadanlıqların tədarükü, birbaşa maliyyə yardımı və ya Avropa İttifaqı çərçivəsində yardım sahəsində ikinci ən böyük hərbi yardım göstərir.
Pistorius əlavə edib ki, alman təlimatçıları Ukrayna hərbçilərinə təlim keçməyə kömək etməyə də davam edirlər.
QAZİLER.AZ