Ukraynanın uğurlu əks-hücumları Kremllə ordu arasında böhranı dərinləşdirir.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.
"Həmçinin Rusiyada FTX və müdafiə nazirliyi arasında çəkişmələr siyasi elitanı parçalamaqdadır. Priqojinin silahlı qiyamından sonra Putinin dayaqları xeyli zəifləyib. Ordunun uğursuz hərbi əməliyyatları Putinin siyasi nüfuzuna zərbə vurub, Rusiya daxilində təhlükəsizliyin zəif olduğu və xalqın prezidenti dəstəkləməməsi üzə çıxıb. Ona görə də FTX Müdafiə nazirliyinin rəhbərliyinə qarşı yeni əməliyyatlar aparması mümkündür.
Hakimiyyəti əlində saxlayan FTX Rusiya müdafiə nazirliyinin uğursuz döyüş əməliyyatlarından məmnundur. Çünki hakimiyyət uğrunda müdafiə nazirliyi də öz iddialarını ortaya qoya bilərdi.
Rusiya Prezidenti Putinin hakimiyyəti xeyli zəifləyib və onun hakimiyyətdən getməsi üçün yeni planlar hazırlanır", - politoloq yazıb.
QAZİLER.AZ