İyulun 3-də Rusiyanın Ukraynanın Sumı vilayətinə hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Sumı vilayət hərbi administrasiyasına istinadən xəbər verir.
Bildirilir ki, saat 10:49-a olan məlumata görə, Suminin mərkəzinə “Şahedlər”in dörd uçuşu qeydə alınıb. Onların hücumu nəticəsində bir inzibati binaya və iki yaşayış binasına ziyan dəyib.
Saat 13:00-a olan məlumata görə, 1 nəfər ölüb, 16 nəfər yaralanıb, onlara yardım edilib.
Zərərçəkənlər müvəqqəti yaşayış yerləri ilə təmin olunublar. İnsanlara tibbi və psixoloji yardım da göstərilir.
Fövqəladə hallar üzrə Dövlət Xidməti Rusiyanın hücumlarının Suminin mərkəzinə xeyli ziyan vurduğunu bildirib. Dərhal hadisə yerinə xilasedicilər gəlib və fəsadların aradan qaldırılmasına başlayıblar.
Ümumilikdə hadisə yerində yüzə yaxın xilasedici və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 19 texnikası işləyir.
QAZİLER.AZ