Türkiyənin Muğla vilayətinin Datça rayonunda baş verən yanğın nəticəsində 25 hektar əraziyə ziyan dəyib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tez bir zamanda alov nəzarət altına alınıb və söndürülüb.
Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.
![](https://img.qaziler.az/gallery/2023/06/142480_649e5f765ad85.jpg)