Ərdoğan Əl-Əqsa məscidinin statusu ilə bağlı mövqeyini Fələstin liderinə bildirib

Ərdoğan Əl-Əqsa məscidinin statusu ilə bağlı mövqeyini Fələstin liderinə bildirib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qurban bayramının bütün Fələstin xalqı və İslam Dünyası üçün xeyirli olmasını arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində baş verən son hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Bundan əlavə, Türkiyə lideri ölkəsinin Əl-Əqsa məscidinin statusuna xələl gətirə biləcək addımlara qarşı olacağını və Fələstin xalqının davasına dəstəyini davam etdirəcəyini bildirib

 

 

Diaspora