Berlin Priqojinin üsyanı dayandırma səbəbini açıqlayıb - Spiegel

Berlin Priqojinin üsyanı dayandırma səbəbini açıqlayıb -  Spiegel backend

Almaniya hökuməti hesab edir ki, "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Rusiyadakı üsyanına daha çox dəstək olacağına ümid etdiyi halda əksini gördüyü üçün Moskvaya yürüşü dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, şənbə günü axşam Federal Xarici İşlər Nazirliyi və Almaniya Müdafiə Nazirliyi Bundestaqın xarici işlər və müdafiə komitələrinin sədrlərini cari hadisələrlə bağlı məlumatlandırıblar.

Brifinq zamanı Federal Xarici İşlər Nazirliyinin siyasi direktoru Terven Bellmann və parlamentin müdafiə məsələləri üzrə dövlət katibi Zimte Meller "Vaqner" lideri Priqojinin çevriliş cəhdi zamanı Rusiya dövlət qüvvələri tərəfindən ümid etdiyi dəstəyi almadığından  Moskvaya yürüşü dayandırdığını güman edirlər.

Hökumət nümayəndələri telefon danışığı zamanı Kreml və Priqojin arasında razılaşmanın məzmunu, həmçinin Putinin, müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun yeri barədə məlumat verə bilməyiblər.

QAZİLER.AZ

Diaspora