Televizor yandı, ana və övladı çətinliklə xilas edildi - VİDEO

Televizor yandı, ana və övladı çətinliklə xilas edildi - VİDEO backend

Kazanda televizorun yanması səbəbindən yanğın zamanı qadın və övladı çətinliklə xilas edilib.

Qaziler.az bildirir ki, Kazanda yanğınsöndürənlər televizorun nasazlığı səbəbindən mənzillərindən birində baş verən yanğın zamanı 14 mərtəbəli binadan uşaqlı qadını xilas ediblər. Bu barədə iyunun 25-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan Respublikası üzrə baş idarəsindən məlumat verilib.

Məlum olub ki, yanğın iyunun 24-də üçüncü mərtəbədəki mənzildə baş verib. Binanın 25 sakini özləri çıxa bilsə də, yuxarı mərtəbədə yaşayan ailə güclü tüstü səbəbindən kənardan köməyə ehtiyac duyub.

“Yanğınsöndürənlər dördüncü mərtəbədən maskanın köməyi ilə uşaqlı qadını xilas ediblər. Televizorun yanması nəticəsində otaqda 1 kv.m sahə yanıb”, - Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında yayılan məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora