Çeçen birləşmələri Maryinkadan çıxıb - Çepurnı

Çeçen birləşmələri Maryinkadan çıxıb -  Çepurnı backend

Bölmələr gecə vaxtı qəfil geri çəkilib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Maryinkada Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşən çeçen birləşmələri iyunun 24-nə keçən gecə geri çəkilib. Polkovnik, mətbuat xidmətinin əməkdaşı Yaroslav Çepurnı bu barədə televiziyada məlumat verib.

Onun sözlərinə görə, bölmələr qəfil geri çəkilərək Maryinkadan çıxmağa başlayıblar.

"Bu gecə Marinkada bizə qarşı döyüşən çeçen bölmələri qəfildən geri çəkilərək Maryinkanı tərk etməyə başladılar. Bizim hava kəşfiyyatımız bunu hiss etdi və biz düşmənə atəşə tutduq. Hətta bir zirehli transportyor sıradan çıxarılıb", - o deyib.

Baş Qərargahdan verilən məlumata görə, Maryinski istiqamətində düşmən Maryinka ərazisində uğursuz hücum əməliyyatları həyata keçirib. Eyni zamanda, Donetsk vilayətinin Krasnoqorovka, Maryinka, Pobeda, Georgievka, Kurakhovo və Alekseevka yaşayış məntəqələrinə artilleriya hücumları həyata keçirib.

QAZİLER.AZ

Diaspora