Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla Rusiyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə şənbə günü, iyunun 24-də Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Nikol Paşinyan vurğulayıb ki, Rusiyada baş verən hadisələr Rusiyanın daxili işi olsa da, o, dost ölkədəki vəziyyətlə bağlı məlumat almaq istəyir”.
Həmçinin qeyd olunur ki, Rusiya Federasiyasının prezidenti Ermənistanın baş nazirinə son hadisələrlə bağlı məlumat verib.
QAZİLER.AZ