“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.
Apa-nın Rusiya bürosu xəbər verir ki, Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib. O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdır.
"Vaqner ÖHŞ-ni yenidən formalaşdırmaq istəyirdilər, biz iyunun 23-də ədalət yürüşünə çıxdıq. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanını da axıtmamışıq. İndi qan tökülə bilər. Tərəflərin birindən rus qanının töküləcəyinə görə məsuliyyət daşıyanların hamısını anlayaraq - kolonlarımızı geri döndərib əks istiqamətə plan üzrə səhra düşərgələrinə yola düşürük", - deyə Priqojin bildirib.
Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Qeyd olunub ki, "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.