Moskva "Vaqner"i "gözləyir" - FOTOFAKT

Moskva "Vaqner"i "gözləyir" -  FOTOFAKT backend

Ukrayna sərhədində yerləşən Rostov şəhərini mühasirəyə alan “Vaqner” qrupu Moskvaya doğru irəliləyir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya hökumətinə bağlı əsgərlər Moskvanın mərkəzində xəndəklər qazaraq "Vaqner"i gözləyirlər

Rusiya ilə Ukrayna arasında davam edən müharibə davam edərkən dünya yeni problemlə üz-üzədir.

Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinin çevriliş çağırışından sonra Rusiyada sular durulmayıb.

"Vaqner" qrupu Ukrayna ilə sərhəddə yerləşən Rostov şəhərini mühasirəyə alıb.


Priqojin burada verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə edib:

"Biz qərargah rəisi Valeri Gerasimovu və Rusiyanın müdafiə naziri Şoyqunu burada istəyirik. Əgər gəlməsələr, biz burada olacağıq. Rostov şəhərini mühasirəyə alıb Moskvaya yola düşəcəyik".


Yevgeni Priqojinin bəyanatından sonra Gerasimov və Şoyqu Rostova addım atmayanda "Vaqner" qrupu Moskvaya doğru irəliləməyə başlayıb.

Rus qüvvələrinin pikap və zirehli maşınlarla yolları kəsməsi də kömək etməyib..

"Vaqner"çilər  sürətlə Moskvaya doğru hərəkət etməkdədir.


Saat 18.12-də qeydə alınan görüntülərdə Moskvanın girişində Vaqner qüvvələrinin qarşısını almaq üçün körpülərin bir-birindən ayrıldığı görülüb.

QAZİLER.AZ

Diaspora