Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı

Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı backend

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik, hərbi vəziyyət və ya müharibə zamanı müqavilə ilə xidmət üçün yaş həddini artıran qanun imzalayıb.

Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Söhbət bu qanunun qüvvəyə minməsindən sonra Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə müqavilə bağlayacaq kişilərdən gedir.

Bildirilir ki, bundan sonra general-polkovnik, admiral daxil olmaqla, baş zabit rütbəsi verilmiş şəxslər üçün səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə xidmətdə olmanın yuxarı yaş həddi 70 yaş olacaq. Fərqli hərbi rütbəsi olan vətəndaşlar üçün isə 65 yaş. (oxu.az)

Mənbə: TASS

Diaspora