Sankt-Peterburqda iş adamı Yevgeni Priqojinin ofisinin yaxınlığında yerləşən “Trezini” otelinin həyətində içi pulla doldurulmuş “Qazel” aşkarlnıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Fontanka”nın müxbiri məlumat verib. Onun sözlərinə görə, avtomobil polisə şübhəli görünüb və orada partlayıcı olub-olmadığını yoxlamağa başlayıb.
Nəşrin məlumatına görə, pulla doldurulmuş qutularda Rusiya Federasiyası Bankının beş min əskinası var. İlkin məlumatlara görə, "Qazel"də 4 milyard rubl olub.
QAZİLER.AZ