“25 min döyüşçü bizə cəbhə xəttində lazım idi. Lakin hazırda baş verənlərə baxıb düşünürsən, bu nədir, Kornilov qiyamıdır, yoxsa Mussolininin Romaya yürüşü... Bu nə deməkdir? Biz axı rusiyalıyıq, biz axı vətənimizi sevirik, Moskvaya təşkil edilən bu yürüş nədir?”
Bu sözləri “Vagner” özəl hərbi şirkətinin qaldırdığı qiyama münasibət bildirən tanınmış rusiyalı televiziya jurnalisti Vladimir Solovyov deyib.
Jurnalist qeyd edib ki, hazırda yaşanan hərbi qiyam ölkə üçün acı nəticələrə səbəb ola bilər.
Mənbə: Unian