İstanbulun Esenyurt rayonunda bir qadın mübahisə etdiyi şəxsdən qaçaraq iş yerinə sığınıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, müəssisənin sahibi Mehmet Ali Tanyıldız: "Mənə sataşır, üstümə qışqırır" deyən qadına kömək etmək istəyib. Qadının arxasınca gedən Mete G. ilə mübahisə edən Mehmet Ali Tanyıldız tapança ilə güllələnib.
İddialara görə, sevgili olduqları bildirilən iki nəfər arasında küçədə mübahisə düşüb. 20 yaşlı Mete G.-nin zorakılıq tətbiq etdiyini iddia edən 19 yaşlı Helin D. tekstil işçisi Mehmet Ali Tanyıldızın iş yerinə sığınıb. Qadın onu izləyən Mete G.-ni tanımadığını bildirib. Mehmet Ali Tanyıldız Helin D-ni qorumaq üçün Mete G. ilə mübahisə edib. Mete G. bir neçə dəqiqəyə gələcəyini deyib hadisə yerindən uzaqlaşıb. Dostu Sedat B. və qardaşı Arda G. ilə hadisə yerinə gələn Mete G. özü ilə gətirdiyi silahla mübahisə etdiyi Mehmet Ali Tanyıldıza atəş açıb.
Silahdan çıxan güllələrdən biri Mehmet Ali Tanyıldızın sinəsinə dəyib. Hadisəyə müdaxilə etmək istəyən qonşuluqdakı satıcı Misir əsilli Zəkəriyyə Əli A. ayağına dəyən güllə ilə yaralanıb. Hücum edənlər hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Xəstəxanaya aparılan Mehmet Ali Tanyıldızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədən sonra evləri polis tərəfindən müəyyən edilən şübhəlilər arasında olan Mete G. və qardaşı Arda G. tutulub.
Axtarışlar nəticəsində qətl silahı Turqut Özal stadionunun yanında tapılıb.
Digər şübhəli Sedat B.-nin polis qrupları tərəfindən tutulması istiqamətində iş davam edir.
QAZİLER.AZ