Şırnakın Beytüşşebap çölündə keçirilən əməliyyatda PKK terror təşkilatından 2 terrorçu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya Beytüşşebap çölündə 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.
"Şəhid Jandarma Leytenantı İsmayıl Can Akdeniz əməliyyatı çərçivəsində Beytüşşebap çölündə; 2 terrorçu silahları ilə zərərsizləşdirilib. Qəhrəman jandarmamızı təbrik edirik. Mübarizəmiz terror bitənə qədər davam edəcək", -deyə bildirib.
QAZİLER.AZ