Rusiyaya Ukraynaya qarşı müharibədə qalib gəlməyə imkan vermək olmaz, çünki bu halda təcavüzkar ölkə başqa dövlətlərə hücum edə bilər.
Qaziler.az bildirir ki, bu barədə Polşa prezidenti Anjey Duda ukraynalı jurnalistlərə müsahibəsində bildirib.
O, Ukraynanın qələbəsinin vacib olmasının bir neçə səbəbini qeyd edib.
Birincisi odur ki, Ukrayna hərbçilərinin və mülki şəxslərinin qəhrəmanlığı ən yüksək hörmətə və dəstəyə layiqdir.
İkincisi odur ki, Rusiya qalib gəlsə, “hücumunu davam etdirəcək” və bu, onun yalnız imperialist ambisiyalarını gücləndirəcək.
Duda Rusiya Federasiyasını insanlara hücum edən vəhşi heyvanla müqayisə edib. O qeyd edib ki, belə hallarda vəhşi heyvan təhlükəli hala gəldiyi üçün adətən ovlanır və güllələnir.
Duda Rusiya Federasiyasını insanlara hücum edən vəhşi heyvanla müqayisə edib. O qeyd edib ki, belə hallarda vəhşi heyvan təhlükəli hala gəldiyi üçün adətən ovlanır və güllələnir.
QAZİLER.AZ
mənbə: RBK-Ukrayna