Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna Silahlı Qüvvələrinin iki həftə davam edən əks-hücumdan sonra döyüş meydanında irəliləyiş “istədiyimizdən daha yavaşdır”.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna onun BBC-yə müsahibəsinə istinadən xəbər verir.
"Bəzi insanlar bunun Hollivud filmi olduğunu düşünür və indi nəticəsini gözləyirlər. Bu belə deyil" deyən Zelenski əlavə edib ki, "insanların həyatı karta qoyulub", - deyə qeyd edib.
O bildirib ki, 200 min kvadratmetrdən çox hərbi irəliləmə asan olmayıb. "Ukrayna ərazisi rus qoşunları tərəfindən minalanıb".
QAZİLER.AZ