İsrail Ukraynaya hərbi yardımla bağlı mövqeyini dəyişməli və İranın Şahed kamikadze pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün texnologiya təqdim etməlidir.
Qaziler.az bildirir ki, “RBC-Ukrayna”nın məlumatına görə, bunu “The Times of Israel” qəzetinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
“İsraildən başqa heç kim İranın dron hücumları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin edə bilməz”, - deyə rəsmi şəxs bildirib.
O, baş nazir Benyamin Netanyahunun Ukraynaya hərbi yardımla bağlı mövqeyindən məyus olduğunu qeyd edib. Yermakın sözlərinə görə, o ümid edib ki, Rusiya ilə İsrailin düşməni İran arasında silah sövdələşmələri İsraili ölkəmizə tədarüklərə başlamağa təşviq etməlidir.
"Biz görürük ki, Kreml diktatoru (Vladimir Putin - red.) İran liderləri ilə ailə fotoşəkilləri çəkdirir, sonra bu İran silahları bizə və sizə qarşı istifadə olunur. Mən bilmirəm ki, daha nə lazımdır?!" - PA rəhbəri əlavə edib.
QAZİLER.AZ