Qadın çorabına sarılmış 32 piton balası ələ keçdi

Qadın çorabına sarılmış 32 piton balası ələ keçdi backend

Türkiyənin Ədirnə Kapıkule Sərhəd Qapısında 32 bala piton ilanı tutulub. Polis 2 nəfəri nəzarətə götürüb.

Qaziler.az bildirir ki, Türkiyədə təhlükəsizlik gücləri qaçaqmalçılıqla mübarizə çərçivəsində tətbiqlərini davam etdirərkən, hər cür xəbərləri də qiymətləndirirlər.

Gömrük əməkdaşları Kapıkule Sərhəd Qapısından Almaniyadan gələn və Türkiyəyə daxil olan İ.K.-nın idarə etdiyi yük maşınına baxış keçirilən zaman dördü ölü olmaqla,  nazik qadın corablarına bükülərək çantaya qoyulmuş cəmi 32 piton ilanı ələ keçirilib.

Sürücü İ.K. və yanındakı şəxs F.C. saxlanılıb.

Yük maşınının sürücüsü İ.K. O, piton balalarını Almaniyadakı yarmarkadan aldığını və bəsləmək üçün ölkəyə gətirdiyini bildirib.

Bala pitonlar gömrük əməkdaşları tərəfindən qorunmaq üçün Ədirnə Təbiəti Mühafizə və Milli Parklar  Müdirliyinə təhvil verilib.

QAZİLER,AZ

Diaspora