Qazaxıstanda güclü külək süni örtüyü uşaqlarla birlikdə qoparıb - Xəsarət alanlar var

Qazaxıstanda güclü külək  süni örtüyü uşaqlarla birlikdə qoparıb - Xəsarət alanlar var backend

Qazaxıstanın Qaraqanda şəhərinin “Mavi gölməçələr” mikrorayonunda uşaq meydançasında qazon uşaqlarla birlikdə güclü külək nəticəsində qopub.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib.

Qəza bu gün saat 14:00 radələrində baş verib. Güclü külək uşaq meydançasının süni örtüyünü qoparıb. Həmin vaxt uşaqlar onun üzərində oynayıblar. Nəticədə iki uşaq xəstəxanalıq olub.

Şəhər meri Meyram Kojuxovun sözlərinə görə, meydança hələ istifadəyə verilməyib.

QAZİLER.AZ

Diaspora