Malyar daha bir yaşayış məntəqəsinin azad edildiyini təsdiqləyib

Malyar daha bir yaşayış məntəqəsinin azad edildiyini təsdiqləyib backend

Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik hücum əməliyyatları zamanı "Tavriya" əməliyyat-strateji qoşun qruplaşmaları 8 yaşayış məntəqəsini azad edib. Bunlar Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Blaqodatnoe, Lobkovoe, Neskuçnoe, Pyatixatki yaşayış məntəqələridir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.

"Bütövlükdə, Tavriya istiqamətindəki bölmələrimiz düşmənin 7 km-ə qədər dərinliyinə doğru irəliləyib. Cənubda azad edilən ərazi 113 kv. km-dir", - o bildirib.

Onun sözlərinə görə, ötən həftə cənubda bir neçə istiqamətdə hücum olub.

Həmçinin, müdafiə qüvvələri düşmənin 400-dən çox texnikası və silahını, o cümlədən vertolyotlar, tanklar, haubitsalar, tank əleyhinə raket sistemi və daha çoxunu məhv edib”, - deyə Malyar bildirib.

 QAZİLER.AZ

Diaspora