Müğənni Ebru Gündeşin Amerikada yaşayan keçmiş həyat yoldaşı Rza Zərrab qızını bir daha görməyəcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı müğənninin ona qızı ilə görüşməsinə qoyduğu qadağanın aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdi. İddia olunur ki, Beykoz Ədliyyə Ailə Məhkəməsinin gizli qərarına əsasən Rza Zərrab 12 yaşlı qızı Alaranı artıq görə bilməyəcək.