"Rusiya ölkənin və vətəndaşlarının maraqlarına uyğun olanı edəcək".
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Federasiyası bundan sonra da öz maraqları və vətəndaşlarının mənafeyinə uyğun fəaliyyət göstərəcək. O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında müvafiq bəyanatla çıxış edib.
"Biz Rusiya Federasiyasının və Rusiya xalqının maraqlarına uyğun olduğuna inandığımızı edəcəyik", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, hər kəs bununla hesablaşmalı olacaq.
QAZİLER.AZ