Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Civili.ge portalında dərc olunan məqaləsində yazır ki, Rusiyanın Ukraynaya ikinci müdaxiləsi geosiyasi vəziyyəti və bununla yanaşı, Qərbin münasibətini xeyli dəyişib.
Qaziler.az bildirir ki, Gürcüstan parlamenti sədrinin qeyd etdiyi kimi, özünün təhlükəsizlik problemlərinə baxmayaraq, Gürcüstan öz imkanları daxilində Ukraynanı dəstəkləyir.
Onun sözlərinə görə, Gürcüstan bütün beynəlxalq platformalarda Ukrayna ilə bağlı bütün beynəlxalq hüquqi təşəbbüslərin həmmüəllifi və tərəfdarı olub.
Şalva Papuaşvili Gürcüstanın Rusiyaya qarşı ikitərəfli sanksiyalara qoşulmamaq qərarından da danışır.
Onun sözlərinə görə, heç vaxt Gürcüstan ərazisi və ya onun qurumları vasitəsilə sanksiyalardan yayınma halı olmayıb.
“Gürcüstanın Qərbdən praktiki olaraq heç bir təhlükəsizlik zəmanəti olmamasına baxmayaraq, ölkəmiz daim “qətiyyətli” addımlara çağırılır. Bu qəribədir, çünki bizim strateji tərəfdaşlarımız yaxşı bilirlər ki, NATO-nun beşinci maddəsi ilə qorunan alyansa üzv ölkələr kimi Gürcüstan da Rusiyaya müqavimət göstərmək iqtidarında deyil", - deyə qonşu ölkənin parlament sədri qeyd edib.