Türkiyədə 9 günlük Qurban bayramı tətilində dövlətə məxsus körpü və avtomobil yollarının pulsuz olacağı açıqlanıb.
Qaziler.az xəbər verir ki, mövzu ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub.
Belə ki, bayram tətili boyunca Türkiyə Avtomobil Yolları Baş İdarəsinin məsuliyyətində olan magistral yollar, həmçinin 15 İyul Şəhidlər Körpüsü və Fatih Sultan Mehmet Körpüsü 24 iyun şənbə günü saat 00:00-dan başlayaraq, 3 iyul 07:00-a qədər pulsuz olacaq.
Eyni zamanda, Türkiyədə dövlət tərəfindən idarə olunan ictimai nəqliyyat xidmətləri də pulsuz həyata keçiriləcək.
28 iyundan başlayaraq 1 iyul şənbə günü gecə yarısına qədər Ankarada Başkentray, İstanbulda Marmaray və İzmirdə İZBAN səfərləri pulsuz olacaq.
Bələdiyyələr tərəfindən idarə olunan ictimai nəqliyyat xidmətləri də pulsuz xidmət göstərəcək.
QAZİLER.AZ