Ermənistanda qadınların könüllü olaraq hərbi xidmət keçməsinə icazə verən qanun parlamentdə təsdiqlənib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Ermənistanın “Hərbi xidmət və əsgərin statusu haqqında” qadınların könüllü hərbi xidmət keçməsini nəzərdə tutan qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.
Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
"Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. Yaşı 18-27 arası olan Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər və onların hərbi xidmət müddəti 6 ay olacaq. Çağırışa çağırılan qadın əsgərlər püşkatmadan təlim bölməsinə təyin olunacaq və onlar birlikdə hərbi xidmət keçəcəklər. Bu məqsədlə hərbi xidmət keçən qadınların rəhbərlik edəcəyi xüsusi qadın batalyonunun yaradılması prosesi davam edir”.
Hərbi xidmətdə olmaq istəyən qadınlar çağırış müddətinə qədər göstərilən müddətlərdə ərizə ilə müraciət etdikdə növbəti müddətdə həqiqi hərbi xidmətə çağırılacaqlar.
Qanuna görə, 6 aylıq hərbi xidmətini başa vuran qadınlara tərxis olunduqları zaman 1 milyon dram (48 min manat), səhhətinə görə bu müddəti başa vura bilməyənlərə isə xidmət etdiyi müddəti ilə mütənasib olaraq ödəniş ediləcək.
Qanun Ermənistan prezidentinin imzasından sonra qüvvəyə minəcək.
QAZİLER.AZ