Ukrayna ordusu üç istiqamətdə daha bir kilometr irəliləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Malyarın sözlərinə görə, Ukrayna bölmələri Baxmutdan şimala, Berdyansk, Mariupol istiqamətlərində irəliləyir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada komandiri Aleksiy Qromov cümə axşamı jurnalistlərə açıqlamasında Ukrayna qoşunlarının son bir həftə ərzində 7 yaşayış məntəqəsini azad etdiyi barədə məlumat verib və əlavə edib ki, ümumi ərazi azad edilmiş ərazi 103 kvadrat kilometrdir.