Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.