Dövlət Dumasının deputatı Adam Delimxanov Ukraynada öldürülüb? - Peskovun CAVABI

Dövlət Dumasının deputatı Adam Delimxanov Ukraynada öldürülüb? - Peskovun   CAVABI backend

"Ukrayna mətbuatı daim saxta məlumatlar yayır, Dövlət Dumasının deputatı Adam Delimxanov haqqında həqiqəti əks etdirən məlumatı gözləmək lazımdır".

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə çərşənbə günü, iyunun 14-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl Ukraynanın bir sıra Telegram kanalları Delimxanovun atəş nəticəsində öldüyünü yazmışdı.

Peskovun sözlərinə görə, xüsusi əməliyyat zonasında deputatın yaralanması ilə bağlı məlumatı Kreml böyük narahatlıqla qəbul edib. O, yaxın vaxtlarda baş verənlərlə bağlı yeni məlumatların olacağına ümid etdiyini bildirib.

“Bilirsiniz ki, Ukrayna mediası daim saxta məlumatlar yayır. Gəlin əsl həqiqəti əks etdirən məlumatı gözləyək”, - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.

QAZİLER.AZ

Diaspora