Rusiya hərbçilər Kramatorsk və Konstantinovkanı atəşə tutublar: üç ölü, üç yaralı

Rusiya hərbçilər Kramatorsk və Konstantinovkanı atəşə tutublar: üç ölü, üç yaralı backend

İyunun 14-də səhər Ukraynanın Donetsk vilayətinin Kramatorsk və Konstantinovka şəhərlərinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko  Facebook-da məlumat yayıb.

“Sübh çağında - səhər saat 5-də raşistlər Kramatorsk və Konstantinovkanı raketlərlərlə vurublar".

Kramatorskda iki nəfər ölüb, iki nəfər yaralanıb. İşğalçılar tərəfindən atılan raketlər Kramatorskda şəhərin özəl sektoruna düşüb, onlarla şəxsi evə ziyan dəyib.


Konstantinovkada bir nəfər ölüb, bir nəfər yaralanıb,  iki ev dağılıb və 55 evə ziyan dəyib. Bundan başqa, qaz xəttinə və elektrik şəbəkələrinə ziyan dəyib.

mənbə: RBK-Ukrayna

QAZİLER.AZ

 

 

Diaspora