İstanbulda qarğalar insanlara çətin anlar yaşatdı

İstanbulda qarğalar insanlara çətin anlar yaşatdı backend

İstanbulun Kadıköy rayonunda  küçədə dayanan və qarşıdan gələn maşınlara əhəmiyyət verməyərək uçmayan, nəqliyyat vasitələrinin hərəkətinə mane olan qarğanı yoldan götürmək istəyən şəxsə digər qarğalar hücum edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qarğanın uçmadığını görən şəxs çarəni motosiklet dəbilqəsini taxaraq qarğanı yerdən götürməklə tapıb.

Qarğanı əzməmək üçün dayanan nəqliyyat vasitələrinin növbəsi yarananda insanlar qarğanı 

Lakin digər qarğaların hücumuna məruz qalan vətəndaşlar məqsədlərinə çatmamış qaçmalı olublar.


Lakin bir nəfər başına motosiklet dəbilqəsi taxmaqla buna çarə tapıb.

Qarğanı küçədən götürərək yolun kənarına çıxaran vətəndaş başındakı dəbilqə sayəsində digər qarğaların hücumundan xilas olub.

QAZİLER.AZ

 

Diaspora