"Quranı yandırmaqda günahkar olan şəxs cəzasını Rusiya Federasiyasının müsəlman bölgəsində çəkəcək".
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Volqoqradda Quranı yandırmaqda təqsirli bilinən Nikita Juravelin cəzasını Rusiya Federasiyasının müsəlman regionunda çəkəcəyini bəyan edib.
“Biz Çeçenistan İstintaq Komitəsinə Quranın kütləvi şəkildə məhv edilməsi cinayətini araşdırmağı tapşırdıq. Onlar cəzalarını ədliyyə nazirinin [Konstantin Çuyçenkonun] dediyi kimi, Rusiya Federasiyasının əhalisinin əksəriyyəti müsəlman olanregionun birində çəkəcəklər”, - dövlət başçısı bildirib.
QAZİLER.AZ