"Qərb ölkələri anqarlarda toz basmağa davam edən texnikanı Ukraynaya texnika ötürməlidir. İndi onlara döyüş meydanında daha çox ehtiyac var".
Qaziler.az bildirir ki, bu barədə bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
Podolyak qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bir çox Avropa ölkələrinin gəlirli şəkildə yenidən silahlanması üçün “gözəl fürsətə” çevrilib. Onlar strateji tərəfdaşların hesabına köhnəlmiş silahları verə və yeni texnika ala bilərlər.
Eyni zamanda, Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb ki, Rusiya Avropa üçün əsas strateji təhlükədirsə, Qərb ölkələrinin indi belə böyük miqdarda silaha ehtiyacı yoxdur.
“Bu gün bir çox ölkələrin anqarları müasir hərbi texnika ilə doludur, toz basıb və istifadəsi nəzərdə tutulmayıb... Mümkün qədər çoxlu silahı birbaşa döyüş meydanına köçürmək və təcavüzkarı burada və indi “sakitləşdirmək” daha yaxşı olmazdımı?” - Podolyak əlavə edib.
QAZİLER.AZ