Ukrayna və Moldova Dnestr üzərində körpü tikəcəklər

Ukrayna və Moldova Dnestr üzərində körpü tikəcəklər backend

Ukrayna-Moldova dövlət sərhədində Yampol (Ukrayna) - Koseuts (Moldova) yaşayış məntəqələri yaxınlığında yeni körpü tikiləcək. Tikinti müqaviləsini Ukraynanın baş nazirinin müavini Aleksandr Kubrakov və Moldovanın infrastruktur naziri Liliya Dabija imzalayıblar.

Qaziler.az  RBC-Ukrayna-ya istinadən bildirir ki, məlumatı Ukrayna  İnfrastruktur Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatına görə, körpünün ümumi uzunluğu 1400 metrdən çoxdur. Süni tikilidə hər iki tərəfdən piyada səkiləri olan 2 hərəkət zolağı olacaq.

Mətbuat xidməti həmçinin qeyd edib ki, Yampol körpüsü bir neçə ildir fəaliyyət göstərməyən, zamanın tələblərinə və uzun müddət sakinlərin real tələbatlarına cavab verməyən Yampol-Koseuts sərhəd keçid məntəqəsindəki bərə keçidinə alternativ olacaq, 

QAZİLER.AZ

 

Diaspora