İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi tutduğu vəzifədən istefa verib.
Trend xəbər verir ki, İran Prezidentinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.
Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. Möhsün Rzayi 3 dəfə prezident seçkilərində namizəd olub.