Ukrayna hərbçiləri bazar ertəsi, iyunun 12-də Donetsk vilayətinin Storojevoye kəndini işğaldan azad edib. Azad olunan kənd Volnovaxa rayonunda yerləşir.
Qaziler..az RBK-Ukraynaya istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqram kanalında xəbər verir.
"Milli bayrağımız yenidən Storojevoye üzərində dalğalanır və bütün Ukrayna torpaqlarını azad edənə qədər hər yaşayış məntəqəsində belə olacaq" - deyə o, yazıb.
Malyarın sözlərinə görə, yaşayış məntəqəsi kontr-admiral Mixail Ostroqradski adına dəniz korpusunun 35-ci Əlahiddə Briqadasının qüvvələri tərəfindən azad edilib.
QAZİLER.AZ