İstanbulda şok əməliyyat: Bir milyard saxta dollar...

İstanbulda şok əməliyyat: Bir milyard saxta dollar... backend

İstanbul Jandarm İdarəsi tərəfindən ölkə tarixinin ən böyük məbləğli - 1 milyard dollarlıq saxta əskinası müsadirə edilib.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, saxta pulların Afrika ölkəsinə ixrac edilməsi nəzərdə tutulubmuş.

Qeyd olunur ki, İstanbulun rayonlarından birində saxta dollarların saxlandığı anbarda 100 dollarlıq 10 milyon əskinas götürülüb.

İşin istintaqı çərçivəsində artıq altı nəfər, o cümlədən üç isveçli, bir britaniyalı və bir Qana vətəndaşı saxlanılıb.

Əcnəbilərin yaşadığı villalarda aparılan axtarışlar zamanı külli miqdarda pul və qızıl-zinət əşyaları götürülüb.

Saxlanılan şəxslərin vətəndaşı olduqları ölkələrin diplomatik nümayəndəlikləri aparılan istintaq tədbirləri barədə məlumatlandırılıb.

 

 

Diaspora