İran vətəndaşı olan 29 yaşlı gənc Moskvaya çay paketlərində marixuana keçirməyə cəhd edib və tutulub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Moskvanın Şeremetyevo Hava Limanında gömrükçülər 29 yaşlı İran vətəndaşının yükündən marixuana aşkar ediblər.
İyunun 9-da bu barədə "Mash" Telegram kanalı xəbər verir.
Narkotikləri "Brauni" ləqəbli xidmət iti hiss edib. Əşyalara baxış zamanı məlum olub ki, həmin şəxs çay emblemi və çalkalayıcı olan 18 bağlamada marixuananı gizlədib.
İranlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci (“Xeyli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı”) maddəsi ilə cinayət işi başlanıb.
İranlını on ilə qədər həbs gözləyir.
QAZİLER.AZ