Ukraynanın Quru Qoşunları rusiyalı hərbçilərə videomüraciət yayıb. Orada ukraynalı hərbçilər rusiyalılara təslim olmağı və ya cəbhədən qaçmağı tövsiyə edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Quru Qoşunlarının Telegram kanalına istinadən xəbər verir.
Ukrayna hərbçiləri bildirirlər ki, işğalçı üçün ən yaxşı seçim mübadilə fonduna təslim olmaqdır.
Videoda deyilir: "SES-i partlatmaqla vəziyyəti dəyişəcəyini gözləyirdiniz, amma yox. Biz ilk müdafiə xəttini keçdik. Komandirləriniz sizi qurban verəcək. Təslim olmaq həyatınızı xilas etmək üçün yeganə seçimdir".
QAZİLER.AZ