Ukrayna hərbçiləri gün ərzində Tavriya istiqamətində 1522 atəş tapşırığı həyata keçirib. Rusların təxminən üç bölük əsgəri məhv edilib və yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavskinin Telegram kanalına istinadən xəbər verir.
Tarnavskinin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Tavriya istiqamətində keçirdiyi əməliyyat çox uğurludur. "Düşmən müdafiə mövqeyi tutub və döyüşçülərimizin qarşısını almağa çalışır".
Tarnavskinin verdiyi məlumata görə, Ukrayna əsgərləri düşmənin 57 hərbi texnikasını məhv edib.
QAZİLER.AZ