Kayseri Yol Müfəttişliyi Şöbə Müdirliyi yol hərəkəti təhlükəsizliyini təmin etmək və qəzaları minimuma endirmək məqsədi ilə Karayolunda Yol Təhlükəsizliyi Fəaliyyət Planı çərçivəsində planlaşdırılan hədəflərə çatmaq üçün şəhərlərarası magistral yollarda və şəhər marşrutlarında dronların köməyi ilə avtomobillərini hərəkətini yoxlayıblar. nəqliyyat yoxlaması həyata keçirib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, keçirilən sınağın məqsədi həm yoldakı təhlükəsizliyi təmin etmək, həm də sürücülərin hər an yaxalanma riskini hiss etmələrini çatdırmaq olub.
Sınaq yoxlamaları zamanı işıqforun qırmızı işığından keçmək, təhlükəsizlik kəmərinə nəzarət, zolağı dəyişdirmək, nəqliyyat vasitəsini izləmə məsafəsi, mobil telefondan istifadə, məktəb-piyada keçidinə üstünlük verilməsi kimi məsələlər diqqət edilib. Keçirilən yoxlamalar zamanı 70 nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
Polislər sürücülərin təhlükəsizliyini qorumaq üçün dronlarla aparılan yoxlamaların və havadan gerçəkləşən digər nəzarətlərin səmərəli şəkildə davam etdirləcəyini vurğulayıb.
QAZİLER.AZ