Ukrayna qoşunları hələ əks-hücuma keçməyib - Danilov

Ukrayna qoşunları hələ əks-hücuma keçməyib -  Danilov backend

Rusiya tərəfinin  açıqlamalarına baxmayaraq, Ukrayna ordusunun əks hücumu hələ başlamayıb. Onun başlanğıcı hamıya aydın olacaq.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Reuters-ə şərhində bildirib.

Danilov rus işğalçılarının guya Ukrayna Silahlı Qüvvələrinin artıq əks-hücum əməliyyatına başladığı barədə bəyanatlarını təkzib edib. O qeyd edib ki, ruslar səhvən Ukrayna qüvvələrinin irəliləməsini böyük hücum əməliyyatının başlanğıcı adlandırıblar.

"Bütün bunlar doğru deyil. Bunun başlanması haqda qərarı ordumuz verəcək. Biz əks-hücuma başlayanda hamı bundan xəbər tutacaq, görəcək", - o deyib.

Həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Kaxovka SES-in partladılmasında Rusiya Federasiyasının iştirakı ilə bağlı Qərb mediasının şübhələrini təkzib edib.

"Onların hərbi komponenti var idi. Bu, bir nömrəli plan idi... Onlar inanırdılar ki, bizim bu istiqamətdə hərəkət edəcəyik. Onların hərəkətləri istədikləri nəticələrə gətirib çıxarmayacaq", - Danilov vurğulayıb.

QAZİLER.AZ

 

Diaspora