Səfərbərlik zamanı Rusiyadakı hərbi hissədən qaçan Kalmıkiya sakini İqor Sanciyev sığınacaq üçün Qazaxıstana müraciət edib.
Qaziler.az bildirir ki, bundan əvvəl yerli məhkəmə onu sərhədi qanunsuz keçməyə görə 6 il şərti və Rusiyaya deportasiya cəzasına məhkum edib.
Qazaxıstan hakimiyyəti ona sığınacaq verməkdən imtina edib, indi Sanciyev imtinaya görə məhkəmədə etiraz edib.
"Qazaxıstanda siyasi sığınacaq yalnız prezident tərəfindən verilir, ona praktiki olaraq heç kim müraciət etmir. Biz sadə sığınacaq üçün müraciət etmişik. Səlahiyyətli orqan özü bundan imtina edib, imtina ilə bağlı amirliyə (idarə - Qeyd) müraciət etmişik,yenə də imtina qərarı verilib. İndi biz məhkəməyə müraciət etmişik”, - deyə Qazaxıstan İnsan Haqları Bürosunun direktor müavini Denis Jivaqa kavkazr.com saytına bildirib. İnsan haqları təşkilatı məhkəmədə Kalmıkiyadan olan vətəndaşın maraqlarını təmsil edir.
O, qeyd edib ki, yekun qərar qəbul olunana qədər İqor Sanciyev azadlıqdadır, o, Uralskda yaşayır.
QAZİLER.AZ