Çeçenistanın keçmiş səhra komandirinin oğlu Ukraynada öldürülüb

Çeçenistanın keçmiş səhra komandirinin oğlu Ukraynada öldürülüb backend

2008-ci ildə Moskvada öldürülən, Çeçenistanın keçmiş səhra komandiri, Dövlət Dumasının deputatı Ruslan Yamadayevin "Vaqner"ə qəbul edilən oğlu Ukraynada öldürülüb.

2008-ci ildə öldürülən Çeçenistanın keçmiş səhra komandiri, Dövlət Dumasının deputatı Ruslan Yamadayevin oğlu, "Vaqner" ÖHŞ-ə qəbul olunmuş Səid-Hüseyn Yamadayev Ukraynada həlak olub.

Qaziler.az bildirir ki, bu barədə "kavkazr.com” və RusNews24 məlumat verib.

"kavkazr.com" xatırladır ki, Səid-Hüseyn Yamadayev 2016-cı ildə bir neçə maddə ilə on il müddətinə azadlıqdan məhrum edilib.

RusNews24 xəbər verir ki, o, Ulyanovsk 2 saylı  koloniyada məhbus həyatı yaşayıb və orada Vaqner ÖHŞ-yə işə götürülüb. Nəşr yazır ki, Yamadayev 2023-cü ilin əvvəlində cəbhə xəttində olub və aprel ayında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum zamanı öldürülüb.

RusNews24-ün məlumatına görə, Yamadayev iyunun 3-də Qudermesdə dəfn edilib. 

Bundan əvvəl Yamadayev hələ koloniyada olarkən prezident Vladimir Putinə videomüraciət yazıb və ondan koloniyada saxlanma şəraitinə diqqət yetirməyi xahiş edib - o, dostlarının döyülməsinə etiraz olaraq özünə bədən xəsarəti yetirdiyini bildirmişdi.

QAZİLER.AZ

Diaspora