İranda Təbrizdən Makı şəhərinə yola çıxan şəhərlərarası avtobus minik avtomobili ilə toqquşduqdan sonra xəndəyə aşıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.
Bildirilir ki, qəza Qərbi Azərbaycanın Babilabad qəsəbəsi yaxınlığında baş verib. Azı 10 nəfər yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.