İstanbulda nadir xəstəliklərin müalicəsi üçün yeni xəstəxana yaradılır

İstanbulda nadir xəstəliklərin müalicəsi üçün yeni xəstəxana yaradılır backend

Türkiyənin səhiyyə naziri Fahrettin Koca, yeni Prezident kabinetindən sonra verdiyi ilk açıqlamada müjdə verərək, İstanbulda nadir xəstəliklərin müalicəsi üçün yeni xəstəxananın qurulduğunu açıqladı.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazir Koca İstanbulda nadir xəstəliklərin müalicəsi üçün hüceyrə və gen terapiyalarının tətbiqi üçün xüsusi xəstəxana yaradılacağını bildirib.

Digər tərəfdən, o, hüceyrə və gen terapiyasında istifadə edilən dərmanların da eyni kampusda istehsal ediləcəyini bildirib.

QAZİLER.AZ

Diaspora