USQ Baxmut yaxınlığındakı cinahlarda irəliləməyə davam edir - VİDEO

USQ Baxmut yaxınlığındakı cinahlarda irəliləməyə davam edir -  VİDEO backend

Ukrayna hərbçiləri Baxmut yaxınlığında uğurlu hücum əməliyyatlarını davam etdirir. Müdafiəçilər cinahlarda irəliləyirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskinin Telegram-ına istinadən məlumat yayıb.

General Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Əlahiddə Hücum Briqadasının döyüşçülərinin Baxmut istiqamətində keçirdiyi hücum əməliyyatını nümayiş etdirib. Görüntülərdə ukraynalı müdafiəçilər geri çəkilən işğalçıların mövqelərinə hücum edirlər.

"Müdafiə qüvvələri cinahlarda irəliləməyə davam edir, düşmən Baxmut yaxınlığında mövqelərini itirir", - Sırski bildirib.

QAZİLER.AZ

Diaspora