Ukraynalı hərbçilərdən yeni dronların köməyi ilə növbəti uğurlu əməliyyat - VİDEO

Ukraynalı hərbçilərdən yeni dronların köməyi ilə növbəti uğurlu əməliyyat - VİDEO backend

Ukrayna hərbçiləri kamikadze pilotsuz uçan aparatın köməyi ilə bir qrup rusiyalı hərbçini məhv edib.

Onlar bununla bağlı videonu nümayiş etdiriblər.

Bu barədə RBC-Ukrayna 109-cu briqada TrO-nun Teleqramına istinadən xəbər verir.

"Briqadamızın "Pokrovski" batalyonu bizim ən yeni silahımızdan - FPV kamikadze dronlarından uğurla istifadə edir. Düşmənin pulemyot yuvası bir qrup rusiyalı ilə ilə birlikdə məhv edilib", - hərbçilərin paylaşımında deyilir.

Onlar qeyd edirlər ki, dronların belə uğurlu əməliyyatı yalnız başlanğıcdır.

Qeyd edək ki, FPV pilotsuz təyyarələri həm Ukrayna, həm də Rusiya hərbçiləri tərəfindən istifadə olunur. Onların əsas üstünlüyü drondan olan videonun real vaxt rejimində ötürülməsidir.

QAZİLER.AZ

Diaspora